Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Balakəndə 10 mm, Lerikdə 9 mm, Zaqatala, Göygöldə 8 mm, Mingəçevirdə 7 mm, Astarada 4 mm, Şahdağ, Qrız, Gədəbəy, Oğuz, Şəki, Qobustan, Lənkəran, Qəbələ, Xaltan, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Gəncə, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Qax, Füzulidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Avqustun 16-da şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.
Naftalan, Gəncə, Şəmkir, Daşkəsən, Goranboy, Göygöl, Ağdam, Balakən, Qax, Şəki, Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, aran rayonlarında 29, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...