Ermənipərəst senator Bob Menendez siyasi karyerasını avqustun 20-də bitirəcəyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, 2006-cı ildən ABŞ Senatının üzvü olan Menendez bu qərara ötən ay korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra gəlib.
Məlumata əsasən, barəsində oktyabrın 29-da hökm çıxarılacaq Menendezin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi istisna edilmir.
Bu arada məlum olub ki, 70 yaşlı senator seçki öncəsi praymerizlərdə iştirak etməyib.
Qeyd edək ki, bu il iyulun 16-da ABŞ Andlılar Məhkəməsi Demokratlar Partiyasından olan ermənipərəst senator Robert Menendezi korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla, 16 ittihamın hamısında təqsirli bilib.
Menendez həm ədalətin təntənəsinə mane olmaqda, həm də pul tələb etməkdə və fırıldaqçılıqda günahlandırılır.
Elan olunmuş ittihamlarla onu 20 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Menendes Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu dövrdə fəal ermənipərəst mövqeyi və antiazərbaycan fəaliyyəti ilə diqqət çəkib.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!