Krım Rusiyaya, Kursk Ukraynaya verilsə… - Sülh təklifi

12:34 - 17 Avqust 2024 - GÜNDƏM

 Krım Rusiyaya, Kursk Ukraynaya verilsə… - Sülh təklifi

Bizi slavyan xalqları ilə tarixi, humanitar, mədəni, siyasi, iqtisadi, dostluq əlaqələri bağlayır. Əgər tərəflər böyük humanitar fəlakətə yol açmış bu müharibədən çıxmaq üçün Azərbaycanın vasitəçiliyini qəbul edərsə, Azərbaycan böyük məmnuniyyətlə bunu edər.

BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycanın Rusiya və Ukrayna arasındakı müharibənin sülh yoluyla həllində vasitəçi kimi iştirak etməsi mümkünlüyü haqda suala cavabında deyib.

O boldirib ki, münaqişəyə və düşmənçiliyə son qoymaq üçün ədalətli sülhə nail olmaq gərəkdir:

“Bunun üçün ya tərəflər 1991-ci ilin sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıyır, ya da ərazi mübadiləsinə gedirlər. Rusiyanın nəzarət etdiyi Krım və ona bitişik ərazilər Rusiyada qalır, həmin ölçüdə torpaqlar Kursk istiamətində Ukraynaya verilir. Ukrayna NATO-ya üzv olmaqdan və öz ərazisində xarici dövlətlərin hərbi bazasını yerləşdirməkdən imtina edir, tərəflər dostluq və əməkdaşlıq haqqında saziş imzalayırlar. Amma açıq söyləyim ki, indiki mərhələdə bu, az inandırıcı görünür. Çünki böyük güclər hələ ki, sülhdə maraqlı görünmürlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol