Dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən hər hansı inkişafı təmin etmək mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Qlobal cənubun səsi” adlı videokonfrans formatında keçirilən üçüncü sammitdə deyib.
“Bu gün bir çox bölgələr müharibələr və münaqişələrlə sarsılır, silahlanma yarışı görünməmiş sürət qazanır. Lakin dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən heç bir inkişaf mümkün deyil”, - o qeyd edib.
A.Lukaşenko, həmçinin bildirib ki, Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələrin xalqlarına dağıdıcı təsir göstərir:
“Belə ki, Belarus mineral gübrələrinin ixracına qoyulan məhdudiyyətlər ən yoxsul ölkələrdə ərzaq qıtlığı və aclıq problemlərini kəskinləşdirib”.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...