“Sırski məruzə etdi ki, ötən gecə Toretsk və Pokrovsk istiqamətindəki mövqelərimizə bir neçə dəfə hücum cəhdi olub, lakin hərbçilərimiz onların hamısının qarşısını alıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib.
Onun sözlərinə görə, tərəfdaşların köməyi ilə ordudakı birləşmələrin silah-sursat təminatı həyata keçirilir, eyni zamanda prioritet məntəqələrin sayı dəqiqləşdirilir.
Prezident əsas məqsədin Rusiya ordusunun hücum potensialının zəiflədilməsi olduğunu deyib.
O bildirib ki, Kursk vilayətində Ukrayna qüvvələrinin mövqeləri möhkəmləndirilir və sabitləşən ərazinin genişləndirilməsinə başlanılıb.
Zelenksi əsgərlərin mübadilə fondunun doldurulması əməliyyatını da xüsusilə vurğulayıb:
“Rus hərbi əsirlərini götürən və bununla da Rusiya tərəfindən saxlanılan əsgərlərimizin və mülki şəxslərin azad edilməsini yaxınlaşdıran bütün əsgər və komandirlərə təşəkkür edirəm"
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video
- Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq - Əmirbəyov
- Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto
- Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu