Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
BUTA.TV xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb: - 3:0.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Turan Tovuz" hələlik çempionatın lideri olub. Xalsız olan Gəncə klubu sonuncu-10-cu sıradadır.
Günün digər matçında "Sumqayıt" "Səbail"lə qarşılaşır.
Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...