Böyük Britaniya Yer səthinin gündüz foto və video çəkilişi üçün nəzərdə tutulmuş ilk hərbi peykini orbitə çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Kosmik Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Amerikanın “Falcon 9” daşıyıcı aparatı ilə orbitə çıxarılan “Tyche” peyki Böyük Britaniyada yaradılıb. Onun hazırlanması və yığılması 22 milyon funt-sterlinqə (25 milyon dollar) başa gəlib. 160 kq çəkisi olan peyk 5 km enində, 90 sm-ə qədər aydınlıqda yer cisimlərinin təsvirlərini təqdim etmək üçün nəzərdə tutulub.
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı