İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə cavab tədbirlərini təxirə salmaq qərarına gəlib. Məqsəd vasitəçilərə Qəzza zolağında atəşkəs əldə etmək üçün işləməyə mane olmamaqdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” Amerika, İran və İsrail rəsmilərinə istinadla yazıb.
İran rəsmiləri nəşrə bildirib ki, danışıqların birinci günü başa çatdıqdan sonra (Dohada baş tutan 15-16 avqust danışıqları – red.) Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əs-Sani İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kaniyə zəng edib və danışıqların getdiyi bir vaxtda hər hansı gərginlikdən çəkinməyə çağırıb.
Söhbət zamanı onlar regionda sakitliyin və gərginliyin azaldılmasının zəruriliyini vurğulayıblar. Eyni zamanda, Bagiri Kani qeyd edib ki, Qətərin baş naziri münaqişənin sona çatması ilə bağlı danışıqların “həssas” mərhələdə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ, Misir, Qətər və İsrailin iştirak etdiyi danışıqlar 21 avqustda Qahirədə davam edəcək.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...