Son 24 saat ərzində Kursk vilayətinin sərhədyanı rayonlarından 1,7 mindən çox insan təxliyə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edənin mətbuat katibi İrina Tolmaçeva deyib.
“Bölgədə fövqəladə rejimi qüvvədədir, Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun əmri ilə gün ərzində 1724 nəfər müstəqil və mütəşəkkil qruplar şəklində təxliyə edilib”, - o bildirib.
Onun sözlərinə görə, evini tərk etmiş 6,5 mindən çox adam Kursk vilayətindəki 84 müvəqqəti saxlama məntəqəsinə yerləşdirilib.
Tolmaçeva əlavə edib ki, Rusiyanın 24 regionunda 171 müvəqqəti saxlama məntəqəsinə isə 10 minə yaxın insan yerləşdirilib.
- Növbəti 10-15 ildə Xəzərin səviyyəsi azalacaq
- Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan
- Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
- Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi
- İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi
- İsrail səfirindən öldürülən diplomatlarla bağlı maraqlı fakt...
- Azərbaycan XİN İsrailə başsağlığı verdi
- Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi