Moldova hakimiyyətini neytral statusun açarı olan suverenlik və təhlükəsizliklə bağlı məsuliyyətsiz oyunları dayandırmağa çağırırıq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz daim Moldova hakimiyyətinin diqqətini ona yönəltməyə çalışırıq ki, "kollektiv Qərb”in Rusiyaya qarşı açıq-aşkar qeyri-dost kursuna, o cümlədən Avropa Birliyinin qeyri-qanuni antirusiya sanksiyalarına qoşulma, eləcə də tamamilə neonasist Kiyev rejimi ilə həmrəylik, ölkənin NATO-ya üzv dövlətlərin kontingentləri ilə birgə hərbi təlimləri, qüvvələrinin sayının artırılması - bütün bunlar Moldovanın Konstitusiyasındakı neytrallıq statusuna ziddir”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar Moldovanın bütün sağlam siyasi qüvvələri sözün əsl mənasında həyəcan təbili çalır.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...