Misirin xarici işlər naziri Əbdül Ati xüsusi kanallar vasitəsilə Hizbullah rəhbərliyinə mesaj çatdırıb və bu mesajda təşkilatı Fuad Şükrü öldürən İsrailə qarşı cavab tədbirləri ilə bağlı təmkinli olmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qətərin “Əl Ərəbi əl Cədid” nəşri məlumat yayıb.
Məlumata görə, Qətər bunun əvəzində Qəzzada atəşkəsin əldə olunmasına böyük səy göstərəcəyini vəd edib.
Bununla yanaşı, misirli nazirin mesajında qeyd edilib ki, cavab tədbirlərindən imtina edilərsə, ABŞ Livan və Hizbullahla bağlı bəzi məsələlərdə güzəştə gedə bilər.
Qeyd edək ki, İsrail ordusunun Livana zərbələri nəticəsində Hizbullahın ikinci adamı Fuad Şükrü öldürülmüşdü.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi