Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, yol qəzası şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla “Leksus” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Məhəmməd Sağlam yaralanıb.
O, müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Dünyada ət niyə bahalaşır? - Araşdırma
- Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında
- Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT
- Ölkədə dörd günlük tətil başladı
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir
- Zəfər Günü parad saat neçədə başlayacaq?