Milli Məclisin VI çağırış deputatı, 84 saylı Füzuli seçki dairəsindən namizədliyi irəli sürülmüş Vüqar Bayramov seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
BUTA.TV xəbər verir ki, görüş Füzuli rayonunun Əhmədbəyli kəndində baş tutub.
Kənd sakinləri deputatlığa namizəd Vüqar Bayramovu yüksək coşğu ilə qarşılayıblar. Kəndin ziyalıları Sulduz Əliyev və Mirqayıl Həmidov çıxış edərək namizədin Milli Məclis VI Çağrış müddətində fəaliyyətini yüksək qiymətləndirərək son illər Füzuli rayonundakı inkişafdan söz açıblar.
Çıxışçılar Füzuli rayonun uzun müddət işğal altında qalan torpaqların azad olunması və yenidənqurma mərhələsinə qədəm qoymasına görə Müzəffər Ali Baş Komandanımıza və şanli ordumuza minnətdarlıqlarını ifadə ediblər.
Vüqar Bayramov çıxışı zamanı Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə, o cümlədən Füzuli rayonun daha da inkişaf etməsi üçün formalaşan yeni imkanlara toxunub. Onun sözlərinə görə, artıq Füzuli şəhərində 3 mindən çox sakin məskunlaşıb və proses daha da intensivləşəcək.
Qeyd edib ki, Milli Məclis VI Çağrış müddətində seçicilər ilə sıx ünsiyyət qurmağa çalışıb. Ötən müddətdə Əhmədbəyli kəndi daxil olmaqla Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdiklərini deyib. Daxil olan 4898 müraciət üzrə müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərərək seçiciləri problemlərinin həllinə dəstək olmağa çalışıb.
Namizəd əlavə edib ki, rayonun tam qazlaşdırılması, sürətli internet təminatı, su təminatına dəstək, torpaq islahatlarının sürətlənməsi məsələlərinə dəstək olmağa çalışmaqla yanaşı bir sıra konseptual iqtisadi və sosial məsələlər üzrə mexanizmlər hazırlayıb təqdim edib. Avropa Parlamenti daxil olmaqla təmsil olunduğu beynəlxalq platformalarda Azərbaycanı layiqincə təmsil etməyə səy göstərib. O əlavə edib ki, bütövlükdə, təmsil etdiyi rayonu Milli Məclisdə, Azərbaycanı isə beynəlxalq platformalarda layiqincə təmsil etməyə çalışır.
Daha sonra seçicilərin sualları cavablandırlıb və fikirləri dinlənilib.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi