Dinozavrlar barədə tədqiqatlara daha biri əlavə olunub.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, Almaniyanın Köln Universitetinin əməkdaşlarının dinozavrların məhv olmasına dair tədqiqatları “Science” elmi jurnalında dərc edilib. Alimlər iddia edirlər ki, 66 milyon il əvvəl sözügedən canlıların nəslinin kəsilməsinə səbəb olan asteroid Yupiter planetindən daha uzaqda formalaşıb. Bundan əlavə, tədqiqatçılar indiyədək irəli sürülən Yerlə kometin toqquşması fikrini də rədd ediblər.
Məqalə müəllifləri asteroidin Yerə çırpıldığı Çikşlub kraterində (müasir Meksika ərazisi) apardıqları tədqiqat nəticəsində belə bir qənaətə gəliblər. Ərazidəki rutenium metalının izotoplarını təhlil edən alimlər onun asteroid mənşəli olduğunu bildirirlər. Laboratoriya analizi bu asteroidin S tipinə aid olduğunu, yəni Günəş sisteminin xarici planetlərin yerləşdiyi zonada formalaşdığını sübut edib. Alimlər asteroidin Yupiterdən daha uzaq məsafədən gəldiyini ehtimal edirlər. Səma cisminin formalaşdıqdan sonra bir müddət Mars və Yupiter arasındakı asteroid qurşağında hərəkət etdiyi də ehtimallar arasındadır.
Tədqiqatçıların fikrincə, bu tip araşdırmalar dinozavrların nəslinin kəsilmə səbəbini üzə çıxarmaqla yanaşı, Yer planetini gözləyən oxşar təhlükələri dəyərləndirmək üçün də zəruridir.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi