Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün axşam saatlarında Bakıya gəlib.
BUTA.TV xəbər verir ki, TASS Rusiya liderinin səfər proqramını açıqlayıb.
Bildirilib ki, Rusiya Prezidenti Putin 19 avqustda Ümummilli Heydər Əliyevin məzarı önünə əklil qoyacaq, Şəhidlər xiyabanını ziyarət edəcək.
Putinin səfər proqramı Prezident İlham Əliyevlə rəsmi görüş mərasimi ilə başlayacaq.
Onların əvvəlcə məhdud formatda ünsiyyət qurması, daha sonra danışıqların geniş tərkibdə davam etdirilməsi planlaşdırılır.
Danışıqların iki raundu nəticəsində liderlərin birgə bəyanatı qəbul ediləcək, bir sıra hökumətlərarası və digər sənədlər imzalanacaq.
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü