Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunub.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.
- Azərbaycan XİN İsrailə başsağlığı verdi
- Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
- Məşhur türk bloger Elgünün qətli ilə bağlı çağırış etdi - Video
- İlham Əliyev bu tarixdə Türkiyəyə gedəcək
- ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi?
- Tramp geri çəkilir: Rusiyanın önündə kim dayanacaq?
- Arda Gülər 5 mərtəbəli villa aldı - FOTO
- Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... - "Blumberq"