Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar medianın fəaliyyətinə bütün imkanlar yaradılıb. Media subyektləri hazırda seçkiqabağı təşviqat kampaniyasında fəal şəkildə iştirak edir. Qeydə alınmış namizədlər seçkiqabağı təşviqat kampaniyasını mediada ödənişsiz və ödənişli əsaslarla apara bilirlər.
BUTA.TV xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal deyib.
O bildirib ki, 58 media subyektinin seçkiqabağı təşviqata qoşulması namizədlər üçün geniş imkanlar yaradır:
“Namizədlərin təşviqat materiallarını yaymaq üçün çoxsaylı seçimi var və bu, həm namizədlərə proqramlarını daha geniş auditoriyaya çatdırmaq imkanı verir, həm də medianın inkişafına müsbət təsir göstərir. Təşviqat kampaniyasında indiyə qədər heç bir neqativ halın baş verməməsi ölkədə demokratik seçki mühitinin göstərici olmaqla yanaşı, medianın da peşəkar fəaliyyətindən xəbər verir. Media seçki prosesində qanunvericiliyin bütün tələblərinə riayət edir”.
A.Camalın sözlərinə görə, seçkiöncəsi mühit sentyabrın 1-də Milli Məclisə seçkilərin demokratik və şəffaf şəkildə keçiriləcəyini deməyə əsas verir:
“Təşviqat imkanları tam bərabər və demokratik şəkildə təmin edilib, medianın qanunvericilik çərçivəsində seçki prosesini işıqlandırmasına şərait yaradılıb. Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı bütün məlumatları media vasitəsilə ictimaiyyətə çatdırır. Bütün bunlar parlament seçkilərinin tam şəffaf şəkildə keçiriləcəyini əsaslandıran amillərdir”.
A.Camal seçki prosesinin medianın peşəkarlaşmasına da mühüm töhfə verdiyini diqqətə çatdırıb.
- “İran istədi, biz razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb