Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov BUTA.TV-a bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.
“Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır”, - deyə xidmət rəisi bildirib.
N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb:
“Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafada, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Qubada, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllıda, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib”.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...