Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə BUTA.TV-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
"Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər", - məlumatda bildirilib.
- Yasin Hüseynzadənin edamı ilə bağlı XİN-dən açıqlama
- Əliyevin şərəfinə verilən ziyafətin menyusu diqqət çəkdi - Foto
- Özbəkistan TÜRKSOY-a üzv qəbul edildi
- Budapeşt Bəyannaməsi qəbul edildi
- Əliyevlə Ərdoğanın Budapeştdə səmimi söhbəti - Video
- Əziz Sancarın təltif olunması: Prezident də iştirak etdi
- Ermənistan Azərbaycanın 7 rayonunu ələ keçirmək üçün...
- İran hərbçiləri Azərbaycanda, Nəsirzadə İrəvanda…