Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini Kursk vilayətindən çıxarmaq üçün orduya oktyabra kimi vaxt verib.
BUTA.TV xəbər verir ki, bu barədə “RBK Ukrayna” mənbələlərə istinadla məlumat yayıb.
Qeyd olunub ki, rus qoşunları bunu Rusiyanın Donbasda, ilk növbədə, Pokrovsk və Torez istiqamətlərində hücum əməliyyatı apardığı əsas bölgələrdən qüvvələri çıxarmadan etməlidir.
Nəşr bildirib ki, faktiki olaraq, Rusiya hərbi komandanlığı Pokrovsk və Torez istisna olmaqla cəbhənin bütün istiqamətlərindən Kurska hərbi qüvvə göndərir.
Ukrayna Müdafiə Strategiyası Mərkəzinin eksperti Biktor Kiyevlyuk da bildirib ki, Rusiya komandanlığı Zaporojye vilayətindən iki briqada, Xerson istiqamətindən iki desant-hücum taborunu çıxarıb.
Onun sözlərinə görə, Xesron istiqamətində olan Qara dəniz donanmasının 810-cu briqadası, Uqledarda döyüşən 155-ci dəniz piyadaları briqadası Kursk vilayətində peyda olub.
Hətta 2024-cü ilin yaz çağırışçıları da Kurska göndərilir.
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
- Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir