Mövsümün arxada qalan hissəsində ən çox qızıl medal qazanan cüdoçular bəlli olub.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, liderlər arasında Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da yer alıb.
Azərbaycan millisinin cüdoçusu bu il 4 dəfə fərqlənib. Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində birinci yeri tutan Hidayət Zaqrebdə Avropa çempionatının qalibi olub. O, Abu-Dabidə dünya çempionu adını da qazandıqdan sonra Parisdə olimpiya titulunu qazanıb.
Rekord isə əfsanəvi Teddi Rinerə məxsusdur. Fransalı ikisi Olimpiadada olmaqla 6 qızıl medal əldə edib.
Digər Olimpiya çempionu Barbara Matiçin (Xorvatiya) 5 qızıl medalı var. Parisdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Krista Dequçi (Kanada) da daxil olmaqla, daha dörd cüdoçunun ən yüksək əyarlı 4 medala malikdir.
- Rusiya Bakıya qarşı niyə "savaş" açıb?
- Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək
- Ərdoğan İlham Əliyev haqqında: Tarixə düşəcək!
- Prezident TDT liderlərini Azərbaycana dəvət etdi
- Ata yurdunda ilk addımlar... - Video
- Orxanın qatilinin edamına atasından reaksiya: Prezident olmasaydı...
- İlham Əliyevin Orbanla səmimi dostluq münasibətləri... - Deputat
- Türk liderlər Budapeştdə toplanır - Əliyev də iştirak edəcək