Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 18-də axşam saatlarında Yeni Xanqızı kanalının Beyləqan rayonu Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Aparılan axtarışlar zamanı bu gün səhər saat 08:00 radələrində Əhməd İbrahimovun cəsədi batdığı yerdən təxminən 9 km aralıda aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Budapeştdə TDT liderlərinin şərəfinə rəsmi lanç verildi - Foto
- Zakir Həsənov türk generalla görüşdü - Video
- Yasin Hüseynzadənin edamı ilə bağlı XİN-dən açıqlama
- Əliyevin şərəfinə verilən ziyafətin menyusu diqqət çəkdi - Foto
- Özbəkistan TÜRKSOY-a üzv qəbul edildi
- Budapeşt Bəyannaməsi qəbul edildi
- Əliyevlə Ərdoğanın Budapeştdə səmimi söhbəti - Video
- Əziz Sancarın təltif olunması: Prezident də iştirak etdi