Bu ilin yanvar-iyun aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 44 053,4 min manat olub, bu da illik müqayisədə 9% çoxdur.
Dövlət Statistika Komitəsindən BUTA.TV-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 40 425,6 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Bakı metropoliteni vasitə ilə 113 195,2 min sərnişin daşınıb, bu da illik müqayisədə 4,1% artım deməkdir.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
- Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
- Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti... - Dəyişiklik
- Ağdaş yenə qaranlığa büründü, İH "pulumuz yoxdur" deyir
- City Garden Narimanov”: Premium yaşayışın yeni ünvanı
- “AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi - “AZE-İX” istifadəyə verilir
- Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq