Ukrayna bölmələri müdafiə əməliyyatını davam etdirir və Ukraynanın cənubunda taktiki vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər görür.
BUTA.TV xəbər verir ki, bunu "Tavriya" qoşunlarının əməliyyat-strateji qrupunun spikeri Dmitri Lixovi deyib.
O bildirib ki, son üç gündə Zaporojye vilayətində düşmənin bir dənə də olsun hücumu qeydə alınmayıb:
"Orexovsk istiqamətindən ruslar Novodanilovka istiqamətində irəliləməyə çalışsalar da, buna nail ola bilməyiblər. Dnepr istiqaməti indi bizim əməliyyat zonamıza gəldikdə, hərbi toqquşmaların sayına görə nisbətən ən böyüyüdür. Ruslar Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Dnepr çayının sol sahilindəki yerlərdən çıxarmağa cəhd etməkdə davam edir. Ancaq dünən orada uğursuz bir hücum oldu və bu gün Rusiyanın iki hücumu artıq dəf edilib".
O, Rusiya Federasiyasının indi Ukraynanın cənubunda niyə təzyiqləri azaltdığını da açıqlayıb:
"Rusların eyni vaxtda bir neçə istiqamətdə kütləvi hücum effekti həyata keçirməyə imkan verəcək resursu yoxdur. Ona görə də onlar indi bütün güclərini hər gün onlarla hücumun baş verdiyi Pokrovsk istiqamətində cəmləşdirirlər".
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
- Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
- Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti... - Dəyişiklik
- Ağdaş yenə qaranlığa büründü, İH "pulumuz yoxdur" deyir
- City Garden Narimanov”: Premium yaşayışın yeni ünvanı
- “AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi - “AZE-İX” istifadəyə verilir
- Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq