Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, COP29-un əsas mövzusu iqlim dəyişikliyi olacaq: “Həmçinin inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox dəstək göstərməsi də COP29-un gündəliyində olacaq. İqlim dəyişikliyi ən çox Afrikaya təsir edir”.
E.Sultanov xatırladıb ki, Ermənistan da COP29-a dəvət edilib:
“Təxminən 80 min qonağımız olacaq. Dünyanın bütün prezidentlərinə dəvət göndərilib. 50-dən çox dövlətdən nazirlər gələcək. Bu rəqəmin artacağı da gözlənilir. COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.
- Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
- Təkrar qumar oynayanlar həbs ediləcək
- Ölkəmizdə epidemiya, kütləvi yayılma... - SN çağırış etdi
- Elvin Cəfərquliyev təşəkkür etdi - “Sizi çox sevirəm”
- Atasının ölüm xəbərini alan gəmi kapitanının ürəyi dayandı
- Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
- Xaricdə təhsil və diplom vədi... - Aldanmayın!
- Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü