Azərbaycanda devalivasiya olacağı, dolların qiymətinin ən azı 2 manata qalxacağına dair xəbərlər son günlər yenidən intensiv şəkildə yayılmağa başlayıb. Bu ölkə banklarında ABŞ valyutasına olan tələbatı daha da artırıb.
BUTA.TV xəbər verir ki, dolların qiymətinin bahalaşacağına dair xəbərlər bank sektoruna da öz təsirini göstərməyə başlayıb. Dünən günün ikinci yarısından etibarən paytaxtda fəaliyyət göstərən bankların əksəriyyəti dollar satışını məhdudlaşdırıb. Hazırda banklar müştərilərə yalnız köhnə ABŞ dolları təklif edirlər. Bu zaman isə, müştərilərə gələcəkdə bu valyutadan imtina edəcəkləri təqdirdə müəyyən problemlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq olunur.
“BUTA TV”nin əməkdaşı dünən iş gününün sonunda və bu gün səhər saatlarında bir neçə bankda müşahidə apararaq, vəziyyətin dəyişmədiyinə əmin olub. Bank əməkdaşları yeni ABŞ dollarının satışı ilə bağlı məhdudiyyətin nə vaxta qədər davam edəcəyi barədə məlumatlı olmadıqlarını bildiriblər.
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı
- Azərbaycanda 67 yaşlı general özünə toy etdi
- Bitkoin kəskin ucuzlaşdı
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ