Röya Ayxanın “Ərə gedirəm” mahnısı yayımlanandan sonra az müddət ərzində subay qızlar arasında trendə çevrildi. Gənc qızların əksəriyyəti bu mahnı ilə videolar çəkib paylaşmağa başladılar. Bu isə bir daha sübut etdi ki, qızlarımız evlənməyə, ailə həyatı qurmağa meyllidir.
Maraqlıdır, bu həvəsi niyə oğlanlarda görmək olmur? Onlar adətən “subaylıq sultanlıqdır” şüarını üstün tutur və bacardıqları qədər ailə həyatından qaçmağa çalışırlar. Buna səbəbə nədir?
Məsələnin psixoloji tərəflərini danışan psixoloq Samirə Bağırova bildirib ki, kişiləri toydan sonrakı məsələlər daha çox düşündürür:
“Bütün xanımların ailə qurmaq istəyi var. Bu sağlam bir istəkdir. Amma bu gün xanımlarla müqayisədə, bəylər bu məsələdə bir o qədər də həvəsli deyillər. Belə ki, sürətlə artan boşanma halları, xəyanətlər bəylərdə şüuraltı qorxu, güvənsizlik, qərarsızlıq yaradır. Adətən, seanslarda evlilik öncəsi cütlüklərlə konsultasiya zamanı məlum olur ki, xanımlar ağ gəlinlik həvəsində, toy mərasimindəki detallara, alış- verişə, qonaqlara, özünə fokuslandığı təqdirdə, bəyləri toy sonrası detallar narahat edir. Hərçənd ki, əvvəllər tam əksi idi. Bəylər evliliyə maraq göstərərdilər, hətta xanımdan “ yox “ cavabı almaqdan ehtiyat edərdilər”.
Psixoloq qeyd edib ki, hazırda asan qadın obrazı kişiləri evliliyə cəlb etmir:
“Bu gün münasibətlərdə tələblər çoxdur. Eqolar öndədir. Həyat bahalaşıb və maddiyyat həm sevgi, həm hörmət, dəyər, diqqət, qısası hər şey olub. Əvvəllər təhsil, karyera, iş, status evliliyə maneə yaratmazdı, bu gün isə bu böyük maneə yaradır. Bəylər öncə müəyyən bir pilləyə çatıb, sonra evlilik düşünürlər, bu da təbii ki, zaman alır. Fədakarlıq, özünü qurban etmək, altdan almaq, anlayışlı olmaq, qarşılıqlı çalışmaq, dəstək olmaq, birlikdə uğur qazanmaq, böhranları aşmaq, təmkin sərgiləmək və s. kimi keyfiyyətlər münasibətlərdə azalıb. Ayrıca olaraq qadınlar rahat qadın obrazına çevriliblər. Əvvəllər heç olmasa qadının əlçatmazlığı kişini evliliyə vadar edirdisə, bu günün kişisi hər istədiyini qadından aldığı təqdirdə niyə evlənsin ki? Ailə və ailə dəyərləri ilə bağlı müsbət nə təbliğ olunur ki, kişilərin evliliyə marağı yaransın? Kişini isə evlilik düşüncəsinə gətirən əslində qadındır. Mənən güclü və ana kimi duyğulu qadın...”
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…