Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, 125 seçki dairəsi üzrə mübarizə aparan namizədlərdən indiki və keçmiş icra başçısı da bütün rəqiblərini üstələyir.
Belə ki, 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərov 80 faiz səslə öndədir. O, 2006-2009-cu illərdə Zaqatala rayonun, 2009-2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinin, 2015-ci ildən indiyə kimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.
Namizədliyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov isə 59.9 faiz səslə irəlidədir. O uzun müddət Oğuz rayonuna rəhbərlik edib. 2011-ci ildən 2024-cü ilin iyul ayına qədər Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb.
- Bu taktikanı qəbul etsək, sülhə nail ola bilməyəcəyik...
- Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq
- Fərid Qayıbov yola salınır: Yerinə o gələcək...
- Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - VİDEO
- Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq
- Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan
- Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - Vardanyan
- Azərbycan Ordusu bu döyüşündən sonra... - Martirosyandan şok