İsrail ordusunun Quru Qoşunlarının komandanı istefa verib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) Quru Qoşunları Komandanlığının rəhbəri general-mayor Tamir Yadai şəxsi səbəblərə görə istefa verib.
Yadai son üç il ərzində Quru Qoşunlarının rəhbəri vəzifəsində çalışıb.
İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və müdafiə naziri Yoav Gallant Yadainin istefasını qəbul edib.
Onu kimin əvəzləyəcəyi hələlik bəlli deyil.
- Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşdü
- Prezident ona yüksək vəzifə verdi - Foto
- Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...
- Azərbaycanda 7 min manatlıq yeni cərimə...
- Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü
- Valideyn uşağını kukla kimi görməməlidir - DİM sədri