Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqı davam edir.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Narinin daha əvvəl dünyasını dəyişən bacısı Tülin Güran işini araşdıran prokurorlar onun ölümü ilə bağlı işi də yenidən qaldırıblar.
Yataq xəstəsi olduğu deyilən və 2009-cu ildə Diyarbəkir Uşaq Xəstəxanasında tənəffüs çatışmazlığından vəfat edən Tülinin ölümü ilə bağlı da istintaq başladılıb.
Prokurorluq Diyarbəkir Uşaq Xəstəxanasına məktub yazaraq Tülin Güranın ölümü ilə bağlı bütün məlumatları, sənədləri və faylları tələb edib.
Qeyd edək ki, Narin Güranın ailəsində əvvəllər də şübhəli ölümlərin baş verdiyi məlum olub.
Belə ki, Narinin 2011-ci ildə ölən 1988-ci il təvəllüdlü əmisinin də ailədaxili münaqişə zəminində qətlə yetirildiyi bildirilir. İddiaya görə, pambıq tarlasında işləyən əmi ov tüfəngi ilə vurulub, lakin hadisə təsadüfi atəş açılması kimi qələmə verilib.
Həmçinin Narinin böyük bacısının ölüm səbəbi olaraq pilləkənlərdən yıxılması göstərilib və cəsəd yarılmadan dəfn edilib.
- Zaqatalada qətl: həmkəndlisini öldürdü
- Bakıda “Mersedes”lə BYD toqquşdu – Anbaan video
- “İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var” - Foto
- 8 gün əvvəl 3 yaşlı oğlu öldü, bu gün özü...
- İlham Əliyev Qurbanova "Dostluq" ordenini təqdim etdi
- Tirana ilə Bakı arasında birbaşa aviareysin açılması gözlənilir
- Aylardır maaş üzünə həsrət qalıblar - Video
- Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı