Kursk vilayətindəki hücum Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki mövqeyini yaxşılaşdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşrinin jurnalisti Yulian Röpke məlumat yayıb.
Onun sözlərinə görə, Xarkov vilayətində rusların qarşısında Ukrayna ordusunun “Axilles” zərbə dronları batalyonunun daxil olduğu 92-ci briqadası dayanıb.
Bildirilib ki, briqadanın 500 döyüşçüsü kamikadze dronların köməyi ilə rus hərbçi və texnikalarını məhv edir. Onların arasında alman PUA-ları da var.
“Mənim rus əsgərlərinə yazığım gəlir. Amma vəziyyət elədir ki, onlar bizim ölkəmizi tərk etməlidir. O zaman onları izləməyə ehtiyac qalmaz. Bizim Kursk istiqamətindəki əməliyyatımız rusların Xarkova hücumunu azaldıb. Yalnız 3 həftə əvvəl onlar böyük hücuma keçməyə cəhd etdilər. Onda da 11 tank və zirehli transportyordan 10-nu məhv etdik”, - “Leks” kod adlı ukraynalı döyüşçü Röpkeyə açıqlamasında deyib.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır