Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəki vəzifəsinə xitam verilib.
BUTA.TV xəbər verir ki, bunu Modern.az-a "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin müdiri Elvin İbrahimov təsdiqləyib.
"Qanunvericiliyə uyğun olaraq, Milli Məclisə növbədənkənar seçkinin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mövcud səlahiyyətlərin icrasına xitam verilir və deputatlıq fəaliyyəti həyata keçirilir. Məlumat üçün bildiririk ki, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkidə deputat seçilməsi ilə əlaqədar olaraq, Nigar Məmmədovanın "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru kimi vəzifəsinin icrasına xitam verilib", - o deyib.
N.Məmmədova 2023-cü ilin 1 sentyabr tarixindən "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
O, parlamentə ilk dəfə seçilən deputatlardandır.
N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.
- Elçin Əmirbəyov Meksika Senatında - Foto
- Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək
- Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək
- Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi
- Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi
- Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi
- Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı
- Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov