Qubada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qəza zamanı iki avtomobil toqquşub.
Hadisə ilə bağlı Oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib.
"Ötən gün saat 22 radələrində Quba şəhərində Heydər Əliyev prospektində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Kənan Cabbarovun idarə etdiyi "Mersedes" markalı 90 KV 446 dövlət qeydiyyat nişanlı avtomobillə İkinci Nügədi kənd sakini 1982-ci təvəllüdlü Elşad Qayıbovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Elşad Qayıbov hadisə yerində həyatını itirib, Kənan Cabbarov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev bildirib.
Hadisənin anbaan görüntülərini təqdim edirik:
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
- Abituriyentlərin nəzərinə: İyulun 7-dən 20-dək...
- Bu yazının qəhrəmanı sabah öləcək...