Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak məqsədi ilə ölkəmizdə səfərdə olan Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyi vurğulanıb.
Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və Milli Müdafiə universitetləri arasında Memorandum imzalanıb.
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
- Abituriyentlərin nəzərinə: İyulun 7-dən 20-dək...
- Bu yazının qəhrəmanı sabah öləcək...