Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığında, "ekologiya postu" adlanan ərazinin arxasındakı yaşıllıq sahədə ağacların yanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Xidmət rəsmisi Asif Məcidov bildirib.
O qeyd edib ki, əraziyə baxış keçirilib və faktla bağlı akt tərtib edilib. Yanğının səbəblərinin müəyyənləşdirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə sənədlər Fövqəladə Hallar Nazirliyinin Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilib.
Xidmət rəsmisi qeyd edib ki, sözügedən ərazidə əvvəlki illərdə də yanğın hadisəsi baş verib, onlar akt tərtib olunaraq təbiətə dəyən ziyan hesablanıb və sənədlər aidiyyəti qurumlara göndərilib.
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
- Abituriyentlərin nəzərinə: İyulun 7-dən 20-dək...
- Bu yazının qəhrəmanı sabah öləcək...
- Təsadüfən əsas heyətə düşüb DÇ-nin taleyini dəyişdi - Fotolar
- Belçika darmadağınla 1/4 finalda - Yenilənib - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video