İran ABŞ-la Zəngəzur məsələsində razılaşdı – Rusiyaya qarşı

23:18 - 24 Sentyabr 2024 - GÜNDƏM

 İran ABŞ-la Zəngəzur məsələsində razılaşdı – Rusiyaya qarşı

Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və ABŞ-ın maraqları üst-üstə düşür.

BUTA.TV xəbər verir ki, bu sözləri Beyrutda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaxaryan erməni mediasına açıqlamasında deyib.

O bildirib edib ki, Qərb bu yolun Rusiyanın nəzarətinə keçmməsini istəmir, İran da yola yalnız Ermənistanın nəzarət etməsinə çalışır ki, “xarici dünyaya çıxışı” etibarlı olsun:

“Bu məsələdə geosiyasi mərkəzlər arasında konsensus yoxdur, ona görə də kommunikasiya qapalı qalmaqda davam edir. Bunda təkcə Ermənistanın imtinası rol oynamır”.

Qantaxaryanın iddiasına görə, İranın Zəngəzur dəhlizi məsələsində qəti ritorikası Ermənistanın Zəngəzur bölgəsinin Fars körfəzi ilə Qara dəniz arasında Ermənistan, Gürcüstan və əks istiqamətdə əlaqəni təmin etmək üçün ən etibarlı məntəqə olması ilə bağlıdır:

“İran və ABŞ-ın bu xəttin açılması məsələsində razılığa gəldiyini düşünmək üçün əsaslar var. Bunu infrastrukturu işləri, eləcə də İranın Ermənistanda xaricdə ən böyük daimi ticarət mərkəzi açmaq planları sübut edir. Bütün bunlar İran üçün Rusiyanın maraqlarına əsaslanmayan yeni kommunikasiyaların formalaşmasından xəbər verir. Tehran və Moskva arasında son bəyanatlar bununla bağlıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol