ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib. İlk növbədə, qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
“Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir və yanlışdır.
Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilib.
- Bakıya gələn Netanyahuya Türkiyədən böyük jest
- Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video
- XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!
- Bu ölkələr Çinin “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var
- Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?
- Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video
- Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan
- Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto