Azərbaycanın yeni silahı: ən çox diqqət çəkən… - Ekspert

13:20 - 25 Sentyabr 2024 - GÜNDƏM

 Azərbaycanın yeni silahı: ən çox diqqət çəkən… - Ekspert

Bakı Expo Mərkəzində keçirilən növbəti ADEX-2024 hərbi sənaye sərgisi əhəmiyyətinə görə önəmli beynəlxalq tədbirlərdən biridir. Builki sərgidə Müdafiə Sənayesi Nazirliyinin özünün və ispanyalı həmkarlarla birgə istehsalı olan bir neçə silah-sursat və ağır texnikanı da gördük.

Bu sözləri BUTA.TV-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, sərgidə nümayiş etdirilən Azərbaycan istehsalı olan silahların diqqət çəkdiyini bildirib:

“Bu silahlar sərgiyə çıxarılmazdan öncə mütləq mənada hərbi hissələrdə və birləşmələrdə sınaqdan keçirilir, özünü doğruldursa, alıcıya hazır məhsul kimi təqdim olunur. Azərbaycanın nümayiş etdirdiyi snayper diqqət çəkdi. Əvvəlki snayperlərin çəkisi ağır, materialları kobud idi. Lakin yeni snayperlərimiz həm qundağı, həm taktiki-texniki göstəriciləri baxımından daha müasir olan silahdır. Son illərdə baş verən silahlı toqquşmalar onu zəruri edir ki, dövlətlər arsenalında olan silahları yeniləməlidir. Ümid edirəm ki, bu silahlar Ordumuzun daxili tələbatını ödəyəcək, həm də ixrac olunacaq. Bu son deyil, həm yerli, həm də ayrı-ayrı ölkələrlə müştərək qaydada bəzi silah-sursat üzərində işlər aparılır”.

Ekspertin sözlərinə görə, alıcılar müasir silahlarımızla artıq maraqlanmağa başlayıb:

“Snayper tüfənglərimizlə daha çox maraqlanırlar. Yaxın aylarda biz bunu biləcəyik ki, hansı müqavilələr imzalanıb.

Diqqətimi bir çox yenilik cəlb etdi. Bunlardan biri “Suqovuşan” suüstü dronları idi və uğurla sınaqdan keçib. Müasir tələblərə cavab verir. Həm hərbi dəniz, həm də digər qoşun qüvvələri üçün özünü doğrulda bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol