Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesini alqışlayır və iki ölkəyə münasibətlərin tənzimlənməsi üçün regional əməkdaşlıq formatını təklif edir.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.
"Sülhün vacibliyini dərk edərək, biz Cənubi Qafqaz regionunu münaqişə bölgəsindən imkanlar bölgəsinə çevirmək səylərində aparıcı rol oynamışıq. Biz Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesini, xüsusilə qonşu dövlətlərlə münasibətlərin nizamlanmasına yönəlmiş səyləri alqışlayırıq.
Biz fikir ayrılıqlarının keçmişdə qalacağına və regionun resurslarının və üstünlüklərinin dünyaya təqdim olunmasına zəmanət vermək üçün ölkələr arasında əməkdaşlıq və etimadın qurulmasını dəstəkləyən regional əməkdaşlıq formatını təmin etmək istəyirik", - deyə Baş nazir qeyd edib.
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
- Belçika fərqi artırdı - Yenilənir - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?