İran Prezidenti Məsud Pezeşkian Nyu Yorkda təşkil olunan "Dünya sülhünün bərqərar olmasında ilahi dinlərin rolu" konfransında ABŞ-da yaşayan israilli universitet müəllimi Liver Sternfeldlə görüşü İran mediasında qalmaqal yaradıb.
BUTA.TV xəbər verir ki, bu, İran mediası və sosial media platformalarında ən çox müzakirə olunan mövzuya çevrilib.
Məsələnin ictimailəşməsi və tənqidlərin artmasından sonra İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndə heyəti bəyanat yayaraq, Liver Sternfeldin israilli olmasından xəbərsiz olduqlarına görə onun prezidentlə görüşə buraxıldığını iddia edib.
“O, yəhudilik, islam və İran sahəsində uzun müddət tədqiqatlar apardığına və anti-sionist fəaliyyətlərinə görə konfransa dəvət edilib”,- bəyanatda bildirilib.
Penselvaniya Universitetinin müəllimi Liverr Sternfeld isə İran tərəfinin iddialarını təkzib edib.
“Anlaşılmamazlıq olmasın deyə, ilk gündən İran İslam Respublikasının nümayəndələrinə israilli və yəhudi olduğumu bildirmişəm, onlar isə bunun problem olmadığını deyiblər, buna görə də konfransda iştirak etmək üçün mənə dəvətnamə göndəriləndə çox təəccübləndim”, - Sternfeld İsrailin "Haarts" qəzetinə açıqlamasında bildirib.
Qeyd edək ki, həmin konfransda Liver Sternfelddən başqa bir neçə başqa yəhudi də iştirak edib, ancaq yalnız Sternfeld konfransda çıxış edib və tədbirin sonunda Məsud Pezeşkianla üz-üzə söhbət edib.
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış