İsrail koalisiyası rəsmiləri Baş nazir Benyamin Netanyahunu 12 ölkənin təklif etdiyi Livanla 21 günlük atəşkəsə razılaşmamağa çağırıb. Onların fikrincə, bunun mənəvi əsası yoxdur və sadəcə olaraq Hizbullaha bir sıra zərbələrdən sonra yenidən qruplaşmasına imkan yaradılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
İsrail maliyyə naziri Bezalel Smotriç X səhifəsində yazıb ki, şimaldakı kampaniya bir ssenari – Hizbullahın məhvi ilə nəticələnməlidir. Bu imkandan məhrum olmaq şimaldakı sakinlərə ziyan vurmaqdır.
İsrailin məskunlaşma və milli layihələr naziri Orit Strok da atəşkəsə qarşı çıxıb və bildirib ki, nəinki 21 gün, heç 21 saatlıq atəşkəs üçün heç bir mənəvi səbəb yoxdur.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
İsrailin irs naziri Amihay Eliyaqu atəşkəs səylərini təhlükəli ikiüzlülük adlandırıb.
- SSRİ dağılanda Ukraynanın iqtisadi gücü... - Bessent
- Paşinyan hakimiyyətdə olduğu müddətdə... - Zatulin
- Tramp İsrailə qarşı sanksiyalara qarşı çıxmadı
- Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
- Nepalda ölənlərin sayı artdı
- "Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
- Rusiya bir gecədə bu qədər PUA vurdu
- Erməni ordusu bu “sovet ənənəsi”ndən imtina edir