Ermənistan hazırda son 300 il ərzində ermənilərin yürütdükləri siyasətdən imtina edir və əks istiqamətdə hərəkət edir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski Paşinyan-Ərdoğan görüşünü şərh edərkən deyib.
“Türkiyə bütün imkanlara sahib olmaqla regionda, o cümlədən ermənilərin üzərində ağabəy olmaq imkanı qazanıb. Bu o deməkdir ki, Ermənistan və ermənilər böyük imperiyanın tərkib hissəsi olmalıdırlar. Bu, aydındır və hər şey ona doğru gedir. Yerdə qalanlar ikinci, üçüncü məsələlərdir”, – deyə o bildirib.
Satanovski Zəngəzur dəhlizi layihəsində Ermənistanın maraqlarının nəzərə alınmayacağını söyləyib.
O, Paşinyanın hazırda dövlət yox, şəxsi məsələlərini həll etdiyini bildirib:
“Ermənistan özü bu oyunçularla oynamağı seçdi. Orada demokratiya, ədalət haqqında çox yaxşı sözlər var, amma nəticə odur ki, Ermənistan xarici oyunçuların artıq tabeliyindədir və heç kimi bu ölkənin gələcəyi, maraqlarının nə olacağı narahat etməyəcək”.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü