Ermənistan və Azərbaycan arasında davam edən danışıqlar çərçivəsində masada müzakirə edilən sülh yox, prinsiplər sazişidir. Yəni gələcək sülh sazişinə aid prinsiplər, tezislər orada öz əksini tapıb və bu sazişdə tərəflərin hansısa öhdəlikləri yoxdur. Bu prinsiplər əsasında gələcəkdə hansı danışıqlar gedəcək, onlar təsbit olunur. Həmin sənəd gələcəkdə gedəcək proseslərin bünövrəsidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişinin razılaşdırılmış maddələrini imzalamağa hazır olması barədə bəyanatını şərh edərkən deyib.
“Əgər o bünövrədə əsas məsələlər əksini tapmırsa, Ermənistan bizim prioritet olaraq gördüyümüz məqamları qəbul eləmirsə, deməli, gələcək sülh prosesi də təhrif olunur. Yəni gələcəkdə baş tutacaq danışıqlar lazımi istiqamətdə getməyəcək. Mübahisənin mənası ondan ibarətdir ki, Ermənistan bizə və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və bu iddialarından əl çəkmək istəmir. Paşinyan istəyir ki, hansısa yüngül versiyaya, mənasız bir sənədə qol çəksin. Təbii ki, Azərbaycan da bununla razılaşmır. Hamıya Ermənistanın Qarabağla bağlı bu və ya digər şəkildə olan maddələri heç bir şəkildə qəbul etmək istəmədiyi məlumdur. Digər tərəfdən, Ermənistan öz qanunvericiliyinə də dəyişiklik etmək, ərazi iddialarını çıxarmaq istəmir. Onların bu addımı məntiqə uymayan davranışdır və Ermənistanın əsl istəklərini ifşa edir. Belədirsə, gələcək sülh prosesi ilə bağlı danışıqlar da öz mənasını itirir”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir