Sətirlər arasında olan hər şeyi diqqətlə incələyərək belə nəticəyə gələ bilərik ki, Türkiyə tərəfi Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirib, Ermənistan isə buna “Sülh qovşağı” ilə cavab verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyədəki erməni qəzeti “Aqos” Ərdoğanla Paşinyan arasında Nyu Yorkda keçirilən görüşü şərh edərkən qeyd edib.
“Bu kontekstdə irəliləyiş olub-olmadığını anlamaq çətindir. Ancaq videogörüntülərə baxanda deyə bilərik ki, Ərdoğan Paşinyana “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edəndə görüşün əvvəlində üzlərdəki gərgin ifadə dəyişib. Hətta Ermənistanda hədiyyə olaraq kitab alan Paşinyanın ilhamlı siması tənqid mövzusuna çevrilib”, - qəzet bildirib.
Nəşr vurğulayıb ki, Türkiyə Ərdoğan-Paşinyan görüşünün Türk Evində keçirilməsini diplomatik uğur hesab etdiyini qeyd edir və Ankaranın yaydığı bəyanatda məhz Ərdoğanın Paşinyanı qəbul etdiyini xüsusi vurğulanır.
“Görüşdən sonra heç bir təfərrüat verilməyib, yalnız bildirilib ki, tərəflər danışıqları ilkin şərt olmadan davam etdirəcəklər. Bununla belə, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının asanlaşacağını bildirir. Bu, artıq ilkin şərtdir”, - yazıda qeyd olunub.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü