Hazırda Hindistan Ermənistanın “Pralay” raketlərinin tədarükü ilə bağlı müraciətinə baxır.
BUTA.TV xəbər verir ki, bu barədə “İndian Defense Research Ving” nəşri yazıb.
“İyun ayından Ermənistan “Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib. Lakin Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün Hindistan 300 km və ya daha çox mənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli “Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır. Hindistan Ermənistanın “Pralay”ın tədarükü ilə bağlı tələbini qəbul etsə də, saziş hələ bağlanmayıb. Bununla belə, sövdələşmə tezliklə bağlana bilər, çünki Hindistanın təminatları sürətli razılaşmanın mümkünlüyünə işarə edir”, - nəşr yazır.
Qeyd edək ki, “Pralay” kvazi ballistik, qatı yanacaqla işləyən “yer-yer” raketdir. 500 km mənzilə sahibdir.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü