Rusiyanın Arxangelsk vilayətində yoxa çıxmış şəxsi helikopter tapılıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb
Bildirilib ki, qəzaya uğrayan "Robinson 44" helikopterinin göyərtəsində Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov olublar.
İlkin məlumatlara görə, onların hər ikisi həlak olub. Helikopter Bıçye qəsəbəsindən beş kilometr aralıda qəzaya uğrayıb.
Bildirilir ki, sentyabrın 25-də Sergey Smetanin dostu, metal qırıntılarının emalı şirkətinin sahibi Aleksey Semyonovun helikopterində balıq ovuna çıxıb. İş adamı helikopteri özü idarə edib.
Əvvəlcə Arxangelskdən Ezevets kəndinə qədər uçublar. Orada bütün lazımi avadanlıqları götürərək yaxınlıqdakı mənzərəli göllərə doğru hərəkət ediblər. Balıq tutduqdan sonra kəndə qayıdıblar, yükləri boşaldıblar və Arxangelskə geri istiqamət alıblar.
Yolda yanacaq doldurmaq üçün Bıçye qəsəbəsinə eniblər. Oradan axşam saat 7 radələrində yaxınlarına son mesajlarını göndəriblər ki, artıq evə uçurlar və üç saatdan sonra çatacaqlar. Bundan sonra bir daha əlaqə saxlamayıblar.
Bir neçə saat sonra Smetanin və Semyonovun ailələri narahat olmağa başlayıblar, lakin uçuş razılaşdırılmadığı və helikopter heç bir aerodromda qeydiyyata alınmadığı üçün fövqəladə hallar xidmətinə dərhal məlumat verməyiblər.
Qeyri-qanuni helikopterin yoxa çıxması barədə yalnız ertəsi gün, faciənin baş verdiyi məlum olduqdan sonra danışmaq qərarına gəliblər. Sonradan məlum olub ki, "Robinson-44" bataqlıq əraziyə düşüb.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü