Xəbər verdiyimiz kimi, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Şakir oğlu Əsgərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə BUTA.TV-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
- Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto
- Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu