Avropa Liqasının ilk turunun liderləri - Statistika

01:16 - 28 Sentyabr 2024 - GÜNDƏM

 Avropa Liqasının ilk turunun liderləri - Statistika

Avropa Liqasının Liqa mərhələsinin ilk turunda 18 matç keçirilib.

BUTA.TV xəbər verir ki, İdman.biz bu oyunlarda müxtəlif komponentlərdə bütün komandaların statistik göstəricilərini nəzərdən keçirib.

Startda 13 komanda qələbə qazanıb, 10 komanda 1 xalla kifayətlənib.

Ən çox qol vuran “Qarabağ”ın gələcək rəqibləri “Ayaks” və FCSB-dir. Onların hər biri 4 dəfə fərqlənib. Müvafiq olaraq onların məyus etdikləri “Beşiktaş” və RFS də ən çox qol buraxan komandalardır.

Qapıya zərbə sayına görə “Braqa” (30), “Porto” (29) və “Qalatasaray” (25) öndədir. “Qarabağ” bu göstəricidə 14 zərbə ilə 13-cüdür. Komandamızın rəqiblərindən “Elfsborq” isə cəmisi 3 zərbə endirib.

“Braqa”, “Qalatasaray” və “Ayaks”ın 9 zərbəsi qapı çərçivəsinə olub.

“Braqa”nın 10 zərbəsi bloka alınıb.

“Ayntraxt”, “Porto”, “Malmö”, Kiyev “Dinamo”su və “Slaviya”nın ötürmələrinin 89 faizi dəqiq olub. “Elfsborq”un ötürmələrinin cəmi 69 faizi ünvana çatıb.

Ən çox ötürməni “Ayntraxt” verib (665). Dəqiq ötümələrin sayı da alman klubunda çoxdur (592).

Topa sahibolmada yüksək faiz “Ayntraxt” və “Alkmaar”dadır (64). Onlar “Viktoriya” və “Elfsborq”a 36 faiz şans veriblər.

“Lüdoqorets” 29, “Viktoriya” 5 cərimə zərbəsi yerinə yetirib.

“Qalatasaray” oyun ərzində hamıdan çox – 62 hücum həyata keçirib. Bundan 1 hücum az “Slaviya”, “Porto” və “Alkmaar”dadır. “Roma”nın cəmi 16 hücumu olub.

“Mançester Yunayted”, “Middtyuland” və “Atletik” 10 fədə künc zərbəsi yerinə yetiriblər. “Qarabağ” onlardan 1 zərbə geri qalan 3 komanda sırasındadır. “Elfsborq” isə künc zərbəsi vurmağın nə olduğunu bilməyib.

Ən çox offsayda düşmə sayında “Qarabağ”a şərik “Olimpiakos” və “Romadır” (6). 6 komnada isə ümumiyyətlə offsayda düşməyib.

Topalmada “Reyncers” liderdir (23). “Lion” isə bunu cəmi 4 dəfə edib.

Ən çox seyvi Tel-Əviv “Makkabi”sinin qolkiperi edib (7). “Alkmaar”, “Ayaks”, “Braqa” və “Reyncers” qapıçıları isə belə qəhrəmanlığı 1 dəfə də olsun göstərə bilməyiblər.

“Slaviya” futbolçuları 26 dəfə qayda pozublar. “Ayntraxt” və “Mançester Yunayted”in oyunçuları isə cəmisi 5 dəfə buna yol veriblər.

Ən çox sarı vərəqə “Ferensvaroş” (6), qırmızı isə “Makkabi” (2) futbolçularına göstərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol