Ermənistanın Baş naziri Nikol Paşinyan BMT tribunasından Bakının Konstitusiyanın dəyişdirilməsi tələblərini legitimləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Suren Surenyants erməni mediasına açıqlamasında deyib.
“BMT tribunasından Paşinyan sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirərək, əslində, yarım addım geri çəkildi”, - o bildirib.
Politoloqun fikrincə, Nikol Paşinyanın 44 günlük müharibədən əvvəl, müharibə zamanı və ondan sonrakı bütün siyasəti təhlükəli illüziyalar üzərində qurulub:
“O, heç vaxt başa düşməyib ki, istək və ümidlər beynəlxalq münasibətlərdə heç bir rol oynamır”.
O, Paşinyanın çıxışının əhəmiyyətli hissəsini Azərbaycanın artıq rədd etdiyi məsələyə həsr etdiyinə də diqqət çəkib. Söhbət sülh müqaviləsinin artıq razılaşdırılmış bəndlərinin ayrıca imzalanmasından gedir:
“Ona elə gəlir ki, əgər o, beynəlxalq ictimaiyyətə bəyan etsə ki, biz razılaşırıq, amma Azərbaycan yox, buna görə Bakıya hansısa təzyiq ola bilər. Bu, illüziyadır. Üstəlik, Paşinyan Azərbaycan adından Ermənistanın ərazi bütövlüyünü də tanıdığını bəyan edib. Ancaq nə İlham Əliyev, nə də digər rəsmilər coğrafi sərhədləri göstərərək, bunu rəsmən açıqlamayıblar”.
Surenyant əlavə edib ki, baş nazirin çıxışını təhlil etsək, Ermənistanın Azərbaycana qarşı iddialarını geri götürməyə hazır olduğunu istisna etmək olmaz.
Qeyd edək ki, Paşinyan BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyasında Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanın Konstitusiyasına dəyişiklikləri istisna etmədiyini bildirib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü