Ermənistan hökuməti xəbərdarlıq edir ki, 2025-ci ildə Rusiya-Ukrayna müharibəsi və Ermənistana reeksportun artması səbəbindən ölkəyə yönəlmiş maliyyə axını artıq olmayacaq.
BUTA.TV xəbər verir ki. bu barədə erməni mediası yazıb.
Bildirilib ki, Paşinyan hökuməti belə bir proqnozla 2025-ci ilin büdcə layihəsində çıxış edib və o, artıq Milli Assambleyaya daimi komissiyalarda müzakirəyə göndərilib.
Hökumətin proqnozuna görə, 2025-ci ildə iqtisadi aktivliyin artım tempinin aşağı düşməsi və təkrar ixracın rolunun azalması səbəbindən ixrac və idxalın artım templərinin əhəmiyyətli dərəcədə azalması gözlənilir.
Nəticədə xidmətlər üzrə müsbət saldonun pisləşməsi və pul köçürmələrinin rolunun azalması səbəbindən 2024-cü ildə büdcə kəsiri daha da dərinləşərək, ÜDM-in 5%-nə çatacaq.
Bundan əlavə, Ermənistan hökumətinin fikrincə, davam edən Rusiya-Ukrayna münaqişəsi və Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar dünyada yeni reallıq yaradıb ki, bu şəraitdə Ermənistanın iqtisadi artım proqnozları böyük qeyri-müəyyənlik yaradır.
Qeyd edək ki, son 3 ildə Ermənistan iqtisadiyyatında misli görülməmiş artımların səbəbi Rusiyaya tətbiq edilən sanksiyaların yarılması olub.
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı